Rusiya Mariupolda kimyəvi silahdan istifadə edib?- “Bu müharibədə təhlükəli yeni mərhələnin başlaması deməkdir”backend

Rusiya Mariupolda kimyəvi silahdan istifadə edib?– “Bu müharibədə təhlükəli yeni mərhələnin başlaması deməkdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Britaniya Ukraynadakı Rusiya qüvvələrinin Mariupol liman şəhərinə hücumu zamanı kimyəvi silahdan istifadə etdiyinə dair xəbərləri araşdırır.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi məlumat verib. Eyni zamanda o, rusların Mariupolda kimyəvi silahdan istifadə etməsinə dair iddiaların hələ təsdiqlənmədiyini, lakin iddiaların ciddi araşdırıldığını bildirib.

Britaniyanın xarici işlər naziri Liz Truss öz Twitter hesabında ölkəsinin bu xəbəri araşdırdığını və hər hansı kimyəvi silahdan istifadəni müharibədə təhlükəli yeni mərhələyə keçid kimi qiymətləndirib.

Mariupolu müdafiə edən Azov Batalyonundan verilən açıqlamada isə Rusiya pilotsuz uçuş aparatlarının şəhər üzərindən keçməsindən sonra Ukrayna əsgərlərinin tənəffüs yollarında problem olduğu açıqlanıb.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski bazar ertəsi axşam etdiyi çıxışında Qərb ölkələrini Rusiyanı kimyəvi silahdan istifadə etməkdən çəkindirmək üçün lazımi addımları atmağa çağırıb.

//Gülnarə Abasova, Editor.az