Rusiya may-iyun aylarında Cənubi Osetiyanın işğalını rəsmiləşdirəcəkbackend

Rusiya may-iyun aylarında Cənubi Osetiyanın işğalını rəsmiləşdirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

RF Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqə komitəsinin sədr müavini Viktor Vodolatski may-iyun aylarında Cənubi Osetiyanın Rusiyaya birləşməsi ilə bağlı referendumun keçirilə biləcəyini bildirib.

Bu barədə Editor.az “Kommersant”a istinadən məlumat verir. V.Vodolatski bildirib ki, “aprelin 10-da Cənubi Osetiyada prezidenti seçkiləri keçiriləcək və referendumun şərtləri elan olunacaq.

Pezidentin and içmə mərasimindən sonra prosedurun həyata keçirilməsinə başlanacaq. Düşünürəm ki, bu, çox vaxt aparmayacaq – maksimum may-iyun aylarında yekunlaşacaq”. Qeyd edək ki, martın 30-da qondarma rejimin rəhbəri Anatoli Bibilov da bildirmişdi ki, yaxın gələcəkdə respublika Rusiyanın tərkibinə daxil olmaq üçün lazımi hüquqi addımlar atacaq. Ölkə prezidentinin mətbuat katibi referendumun aprelin 10-dan sonra keçirilə biləcəyini demişdi.

Editor.az