Rusiya mediasında Volodimir Zelenskini “prezident” adlandırmaq qadağan edilirbackend

Rusiya mediasında Volodimir Zelenskini “prezident” adlandırmaq qadağan edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Kreml Rusiya mediasına Ukrayna prezidenti Volodimir Zelenskini prezident adlandırmağı dayandırmağı əmr edib.
Editor.az bildirir ki, bu barədə Rusiyanın müxalif “Xolod” xəbər verir. Nəşrin yazdığına görə, onlar müvafiq göstərişi sentyabrın 15-də alıblar. Tələb bütün media növlərinə aiddir: televiziya kanallarından onlayn mediaya və Telegram kanallarına qədər. “Onlar hamıya yeni standartlar tətbiq etməyə çalışırlar: TASS-dan tutmuş Ridovkaya qədər.
Bəzi redaksiyalarda bu tələblər qəzəb dalğasına səbəb olub – bəzi işçilər ihətta işdən çıxmaqla hədələdilər”, – anonim mənbə bildirib. Qeyd olunur ki, Zelenskinin fəaliyyətini işıqlandırarkən ya onun mövqeyini ümumiyyətlə qeyd etməməyi, ya da “Zelenski rejimi” ifadəsini işlətməyi təklif ediblər. Başlıqlarla yanaşı, tələbləri materialın əsas mətninə də tətbiq olunmasını istəyirlər. Hələlik isə əsas diqqət başlıqlara yönəlib.
//Samir Qurbanov, Editor.az