Rusiyada məktəbliləri ruhi cəhətdən Ukrayna prezidenti Volodimir Zelenskiyə, NATO-nun baş katibi Yens Stoltenberqə və ABŞ prezidenti Co Baydenə atəş açmağa hazırlayırlar.
Editor.az xəbər verir ki, internetdə pnevmatik silahlardan idman atışları üçün hədəfləri olan zalı əks etdirən video yayılıb. Adi təlim hədəfləri altında üç “düşmən” siyasətçinin portretləri də var. RBC xəbər verir ki, bu epizod Tomskda uşaqlar üçün keçirilən vətənpərvərlik festivalında baş verib.
Təşkilatçı Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranlarının Ümumrusiya İctimai Təşkilatının yerli bölməsi olub.
//Samir Qurbanov, Editor.az


