Rusiya Mərkəzi Bankı uçot dərəcəsini artırıbbackend

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini artırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rublun dollar və avro qarşısında ucuzlaşmasından sonra fövqəladə iclas keçirən Rusiya Mərkəzi Bankı siyasət faizini 8,5 faizdən 12 faizə qaldırmaq qərarına gəlib.

Editor.az xəbər verir ki, rubl/dollar pariteti 23 mart 2022-ci ildən bəri ilk dəfə 100 səviyyəsini keçdikdən sonra Rusiya Mərkəzi Bankı bu gün təcili iclas keçirib.

“İstehsalın genişləndirilməsi imkanlarını aşan daxili tələbat artımı davamlı inflyasiya təzyiqini gücləndirir və idxal tələbini artıraraq rublun məzənnəsinin dinamikasına təsir edir. Nəticədə rublun ucuzlaşmasının qiymətlərə təsiri artır və inflyasiya gözləntiləri artır”,-deyə iclasda bildirilib.

Bank faiz dərəcəsinin artırılması qərarının qiymət sabitliyinə qarşı riskləri məhdudlaşdırmaq məqsədilə qəbul edildiyini vurğulayıb. Rusiya Mərkəzi Bankının uçot dərəcəsini artırmaq qərarından sonra rubl dollar və avro qarşısında 2 faiz civarında dəyər qazanıb.

//Gülnarə Abasova, Editor.az