Rusiya Mərkəzi Kəşfiyyat İdarəsinin Ukraynadakı fəaliyyətindən yaxşı xəbərdardır – Dmitri Peskovbackend

Rusiya Mərkəzi Kəşfiyyat İdarəsinin Ukraynadakı fəaliyyətindən yaxşı xəbərdardır – Dmitri Peskov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, MKİ-nin Ukraynada 2014-cü ildən əvvəlki fəaliyyəti və Rusiyaya qarşı təxribat işlərinə hazırlaşmaq üçün “insanları işə götürdüyü” məlumdur.

Editor.az bildirir ki, bir gün əvvəl “The New York Times” qəzeti yazıb ki, son səkkiz il ərzində Ukrayna Mərkəzi Kəşfiyyat İdarəsinin dəstəyi ilə Rusiya ilə sərhəddə 12 casus bazası yerləşdirib.

“Əksəriyyəti departament olaraq MKİ-yə aid olan qondarma amerikalı məsləhətçilərin işi də yaxşı məlumdur. Hələ 2014-cü ildən əvvəl onlar Ukrayna Prezident Administrasiyasının binasında işləyiblər. Bu, heç kimə sirr deyil”, – Dmitri Peskov mətbuata danışarkən deyib. NYT-nin məlumatına görə, Ukraynanın Rusiya sərhədi yaxınlığındakı 12 casus bazası demək olar ki, tamamilə MKİ tərəfindən maliyyələşdirilir.

Hərbi əməliyyatlar başlayandan Amerika tərəfi Ukraynanı raket zərbələri üçün kəşfiyyat məlumatları ilə təmin edir, rus qoşunlarının hərəkətlərini izləyir və casus şəbəkələrini saxlamağa kömək edir. NYT mənbələrinə görə, MKİ əməkdaşları Rusiya, Avropa və Kubada fəaliyyət göstərən ukraynalı casusların hazırlanmasında Ukraynaya kömək ediblər.

//Samir Qurbanov, Editor.az