Rusiya “Milad atəşkəsi”nə razı deyilbackend

Rusiya “Milad atəşkəsi”nə razı deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kreml Ukraynada Milad atəşkəsinə razı olmayacaq. Bu barədə 16 dekabrda qanunsuz Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib: “Biz sülh istəyirik.

Biz Ukraynaya fasilə vermək və müharibənin davam etməsinə hazırlaşmaq üçün atəşkəs istəmirik”, – deyə o bildirib.
Almaniya kansleri Fridrix Merts bir gün əvvəl Milad xristian bayramları zamanı cəbhədə hərbi əməliyyatların dayandırılması ideyasını irəli sürüb.

Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, Amerika tərəfi də bununla razıdır: “Amerika Birləşmiş Ştatları bu ideyanı dəstəkləyir. Prezident kimi mən də bu ideyanı mütləq dəstəkləyirəm. Hesab edirəm ki, enerji atəşkəsi də normaldır. Biz istənilən atəşkəsi dəstəkləyəcəyik”, – deyə dövlət başçısı qeyd edib.

//Samir Qurbanov, Editor.az