Rusiya milyarderlərinin reytinqinə Vahid Ələkbərov başçılıq edirbackend

Rusiya milyarderlərinin reytinqinə Vahid Ələkbərov başçılıq edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən nüfuzlu və tanınmış maliyyə-iqtisadi nəşrlərindən biri olan “Forbes”, 2023-cü il üçün alınan dividendlərə görə ən zəngin 50 rusiyalının ikinci illik reytinqini dərc etdi.

Reytinqə 177,4 milyard rublla “Lukoyl”un əsas auksioneri olan Vahid Ələkbəərov başçılıq edir: “Reytinqin lideri yenidən “Lukoyl” neft şirkətinin ortaq sahibi Vahid Ələkbərov olub… Ələkbərov bu il ilk dəfə sərvətinə görə də ən zəngin rusların reytinqində lider oldu”, – “Forbes” yazıb. Reytinqdə ikinci yerdə “Novatek” qaz şirkətinin səhmdarı Leonid Mixelson (105 milyard rubl), üçüncü yerdə kimya istehsalçısı “Sibur Holding”in səhmdarı Gennadi Timçenko (84,6 milyard rubl) qərarlaşıb.

İlk beşlikdə həmçinin USM və “Pharmstandard” şirkətlərinin təsisçiləri Alişir Usmanov və Viktor Xaritonin (müvafiq olaraq 79,9 milyard rubl və 77,6 milyard rubl) də yer alıblar.

//Samir Qurbanov, Editor.az