Rusiya MN-dən QARAĞ AÇIQLAMASI: 27 məntəqədə…backend

Rusiya MN-dən QARAĞ AÇIQLAMASI: 27 məntəqədə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağlıq Qarabağdakı vəziyyətin gecə-gündüz monitorinqi aparılır.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, 27 müşahidə məntəqəsində atəşkəs rejiminə riayət olunmasına nəzarət həyata keçirilir.

Bu günə kimi qaynar xəttə 575 zəng daxil olub.

Bu gün 146, ümumilikdə 48.640-dan çox erməni Ermənistandan Dağlıq Qarabağa qaytarılıb.

Rus həkimlər 157-i uşaq olmaqla 1238 nəfərə tibbi yardım göstəriblər.

Ümumilikdə 517,8 hektar ərazi, 197,8 km yol, 750 yaşayış binası, o cümlədən 24 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib. 23 404 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.