Rusiya MN: Jitomirdə xarici muzdluların təlim mərkəzi məhv edilibbackend

Rusiya MN: Jitomirdə xarici muzdluların təlim mərkəzi məhv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jitomir vilayətinin Novoqrad-Volinskiy qəsəbəsində havadan yüksək dəqiqlikli raket atışları nəticəsində Ukrayna ordusuna məxsus xarici muzdluların təlim mərkəzi məhv edilib.

Editor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov məlumat verib.

Müdafiə Nazirliyinin mətbuat katibi əlavə edib ki, son 24 saat ərzində 300-dən çox Ukrayna əsgəri, Ukrayna Ordusuna məxsus 7 zirehli texnika, 2 Qrad tipli çoxlüləli reaktiv yaylım atəşi sistemi, 12 səhra artilleriya silahı və 24 xüsusi təyinatlı hərbi maşın məhv edilib.

//Gülnarə Abasova, Editor.az