Rusiya MN: “Polşaya Ukraynaya məxsus “S-300” sistemlərinin elementləri düşüb”backend

Rusiya MN: “Polşaya Ukraynaya məxsus “S-300” sistemlərinin elementləri düşüb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Polşaya Ukraynaya məxsus “S-300” sistemlərinin elementləri düşüb”.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Əlavə olunub ki, mütəxəssislər Polşadakı partlayış yerindən çəkilmiş görüntülərdə raket parçalarının Ukraynaya məxsus “S-300”ün elementləri olduğunu müəyyən ediblər.

Qeyd edək ki, dünən Polşanın Ukrayna ilə sərhəddə yerləşən Pşevoduv yaşayış məntəqəsinə raket düşüb, nəticədə iki nəfər ölüb.

Polşa məlum insidentin baş verməsində Rusiyanı günahlandırıb.