Qara Dəniz Donanmasının patrul kateri Krıma gedən Ukrayna Hərbi Dəniz Qüvvələrinin pilotsuz katerini məhv edib.
Editor.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə saat 10:00 radələrində Qara dənizin şimal-qərb hissəsində baş verib.
Nazirliyin Telegram-da dərc olunmuş press-relizində deyilir: “Aşkar edilmiş hədəf Qara Dəniz Donanmasının patrul katerinin standart silahlarından məhv edilib”.
//Samir Qurbanov, Editor.az

