Son 24 saat ərzində Donetsk, Luqansk və Ukraynanın təhlükəli bölgələrindən 18 800-dən çox insan Rusiyaya təxliyə edilib.
Editor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Rusiya Müdafiə Nazirliyinin Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev əlavə edib ki, Rusiyanın xüsusi hərbi əməliyyatı başlayandan bəri 1,5 milyondan çox insan, o cümlədən 250 mindən çox uşaq Rusiyaya təxliyə edilib.
//Gülnarə Abasova, Editor.az

