Rusiya MN: Ukraynanın 5 qırıcı təyyarəsi vurulubbackend

Rusiya MN: Ukraynanın 5 qırıcı təyyarəsi vurulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya Hava Kosmik və Hava Hücumundan Müdafiə Qüvvələri son sutka ərzində Ukraynanın 5 qırıcı təyyarəsini və 19 pilotsuz uçuş aparatını vurub.
Editor.az  APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
“Rusiya Hava Kosmik qüvvələrinin aviasiya və hava hücumundan müdafiə sistemləri son sutka ərzində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus dörd Su-24 təyyarəsini Çerniqov vilayəti üzərində havada vurub. Ukraynaya məxsus daha bir Su-27 qırıcısı Donetsk vilayətinin Kramatorsk rayonunda vurulub”, – Rusiya MN sözçüsü vurğulayıb.
Konaşenkov onu da əlavə edib ki, son sutka ərzində Ukraynaya məxsus 19 pilotsuz uçuş aparat məhv edilib, Xerson vilayətinin Çernobaevka aerodromunun yaxınlığında isə beş “Smerç” raketi havada zərərsizləşdirilib.