Rusiya MODERATORLUĞU heç kəsə verməyəcək: “Brüssel görüşündən sonra Ermənistanın son şansı da puç oldu”backend

Rusiya MODERATORLUĞU heç kəsə verməyəcək: “Brüssel görüşündən sonra Ermənistanın son şansı da puç oldu”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

” 30 ildə Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan tərəfi proseslərin həllinə deyil, onların ətrafında problemli zolaqların yaranmasına çalışıb. Sonda isə 44 günlük müharibədə proseslər sülhəməcburetmə əməliyyatı ilə bitdi və Azərbaycan Ermənistanı diz çökdürərək tərkisilah etdi. İndi isə postmüharibə dövründə Ermənistan yenidən öz köhnə və sınanmış taktikasına sığınır, halbuki bu taktika Ermənistana heç bir müsbət dəyişiklik vəd etmir. Ermənistan proseslərin həllinə deyil, sadəcə bəhanələr tapmağa çalışır”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloqun sözlərinə görə, Brüssel görüşlərindən sonra Ermənistanın son şansı da puç oldu:

“Soçi görüşündən sonra Nikol Paşinyan, onun ətrafı və Ermənistanı dəstəkləyən kənar qüvvələr ümid edirdilər ki, Qərb Ermənistanı yalnız buraxmayacaq və Soçi görüşünün nəticələri öz mahiyyətini itirəcək. Lakin heçnə onların ümid etdiyi kimi baş tutmadı. Əksinə Avropa İttifaqının Şurasının Prezidenti Şarl Mişel açıq aşkar bildirdi ki, Soçi görüşündə əldə olunan nəticələr qüvvəsini saxlayır və Qərb buna mane olmayacaq. Belə olduqda Azərbaycanın sözü gur eşidildi və faktiki olaraq yeni siyasi qələbələrə imza atdı . Bundan sonra Ermənistan gərək öz şıltaqlığından, kaprizlərindən əl çəksin. Çünki Ermənistan prosesləri uzadacaqsa daha ağır vəziyyətə düşəcək. Azərbaycanın riskləri minimuma enib. Amma Ermənistan gələcəyi ilə oynayır və anlamır ki, vaxt itkisi onlar üçün ən ağrılı prosesə çevrilə bilər”.

T. Abbasov hesab edir ki, Rusiya əsas moderatorluq rolunu heç kəsə verməyəcək:

“Xüsusilə də Brüssel görüşlərindən sonra bu, daha da bəlli oldu. Ən yaxşı halda Avropa Ermənistan və Azərbaycan münasibətlərinə müxtəlif formada dəstək verə bilər. Ancaq geosiyasi müstəvidə Ermənistan gərək heç bir dəyişikliyə bel bağlamasın. Hesab edirəm ki, proseslərin tez zamanda həlli üçün ikitərəfli, üçtərəfli kommisiyalar yaradıla bilər. Ermənistan artıq çox yaxşı bilir ki, gözləntilərinin hamısı fiaskoya uğradı. Azərbaycan artıq sülhə hazır vəziyyətdədir. Biz gözləməliyik ki, Ermənistan da təqribən belə bir vəziyyətə gəlib çatsın. Geriyə yol yoxdur, yol ancaq irəlidədir. Ermənistan da bununla barışmalıdır”.

//Gülnarə Abasova, Editor.az