Rusiya Moldova ərazisindən hücuma hazırlaşır?backend

Rusiya Moldova ərazisindən hücuma hazırlaşır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qondarma Dnestryanı respublikasında (Rusiya tərəfindən işğal olunmuş Moldova ərazisi) yerləşən Rusiya qoşunlarının yerdəyişməsi müşahidə olunur.

Bu barədə Editor.az Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına istinadən xəbər verir. Məlumata görə, qondarma “DR”ərazisində yerləşən Ruisya qoşun bölmələri Ukrayna sərhədində təxribat və nümayiş aksiyaları həyata keçirmək məqsədilə işləri gücləndiriblər.

“Rusiya qoşunlarının və qondarma Dnestryanı respublikasının bölmələrinin yerinin dəyişdirilməsi Ukraynaya qarşı hücum və hücuma hazırlıq məqsədilə həyata keçirilir”, – məlumatda deyilir. Xatırladaq ki, hələ martın 9-da Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı xəbərdarlıq etmişdi ki, Rusiya Ukraynaya qarşı müharibədə qondarma qurumda yerləşdirilmiş qoşun bölmələrini cəlb edə bilər.

Editor.az