Rusiya: Moskva ilə Avropa arasına dəmir pərdə enirbackend

Rusiya: Moskva ilə Avropa arasına dəmir pərdə enir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərblə Moskva arasında “yeni dəmir pərdə” enməyə başlayıb.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə axşamı Belarusun paytaxtı Minskdə keçirdiyi mətbuat konfransında deyib.

Lavrov bildirib ki, Avropa İttifaqı ilə Rusiya arasında artıq heç bir münasibət yoxdur. “Aİ illərdir aramızda qurduğumuz münasibətləri məhv edib. Bundan sonra deyə bilərəm ki, nə ABŞ-a, nə də AB-yə artıq güvənməyəcəyik”, – Lavrov deyib.

Qeyd edək ki, Soyuq Müharibə dövründə Avropanı NATO və Varşava Müqaviləsi ölkələri arasında bölən xəyali sərhəd Dəmir Pərdə adlanırdı.

//Gülnarə Abasova, Editor.az