Rusiya: “Moskvanı hədəf alan PUA-lar vurulub”backend

Rusiya: “Moskvanı hədəf alan PUA-lar vurulub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyi səhər tezdən Moskvanı hədəf alan üç pilotsuz təyyarənin vurulduğunu bildirib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Moskva meri Sergey Sobyanin dronların Moskvaya hücum etməyə çalışdığını və Kremldən təxminən 65 km şimal-qərbdə yerləşən İstra bölgəsində məişət xidmətləri obyektinin zədələndiyini vurğulayıb. O, başqa yerlərdə dağıntı və tələfat olmadığını açıqlayıb.

Onu da qeyd edək ki, ötən gün Rusiya xəbər agentlikləri paytaxt ətrafındakı dörd böyük hava limanından 50-yə yaxın reysin ləğv edildiyini və ya ləngidiyini bildirmişdilər.

//Safura Bənnayeva, Editor.az