Rusiya MSK-a prezident seçkilərində iştirak etmək istəyən 16 nəfərin müraciəti daxil olubbackend

Rusiya MSK-a prezident seçkilərində iştirak etmək istəyən 16 nəfərin müraciəti daxil olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Mərkəzi Seçki Komissiyasına prezident seçkilərində iştirak etmək üçün 16 müraciət daxil olub.

Editor.az bildirir ki, bu barədə MSK-nın rəhbəri Ella Pamfilova məlumat verib.

MSK hazırkı prezident Vladimir Putinin özünün namizədliyini dəstəkləmək üçün yaradılmış seçicilər qrupunu da qeydə alıb.

Rusiyada prezident seçkiləri 2024-cü il martın 15-dən 17-dək keçiriləcək. Ella Pamfilova qeyd edib ki, yaxşı keçirilən seçkilər Rusiyanın güclənməsinin qarantıdır.

Vladimir Putin qarşıdan gələn seçkilərdə özünün namizədi kimi iştirak etmək qərarına gəlib və artıq lazımi sənədləri təqdim edib. LDPR partiyası seçkiyə öz lideri Leonid Slutskinin namizədliyini irəli sürüb. Prezidentin mətbuat katibi Dmitri Peskov hesab edir ki, Putin qarşıdan gələn seçkilərdə asanlıqla qalib gələcək. çünki onun xalq arasında dəstəyinin səviyyəsi o qədər yüksəkdir ki, onun iştirakı ilə seçkilər yalnız “bahalı bürokratiyaya” çevrilir.

//Samir Qurbanov, Editor.az