Rusiya müdafiə nazirlərini niyə Moskvaya toplamışdı?backend

Rusiya müdafiə nazirlərini niyə Moskvaya toplamışdı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 2-də Moskvada Rusiya müdafiə naziri Andrey Belousovun sədrliyi ilə Müstəqil Dövlətlər Birliyi(MDB) Müdafiə Nazirləri Şurasının iclası keçirilib.

 iclasda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla bərabər Belarus, Qazaxıstan, Tacikistan və Özbəkistanın müdafiə nazirləri iştirak ediblər. Ermənistanın müdafiə naziri iclasa qatılmayıb.

İclasda hərbi-siyasi vəziyyətin və Avrasiya təhlükəsizliyinin təhlilinə, eləcə də Müstəqil Dövlətlər Birliyi daxilində hərbi əməkdaşlığa əsaslanan regional sabitliyin qurulmasının praktik məsələlərinə mühüm diqqət yetirilib. Beynəlxalq vəziyyətin pisləşməsi fonunda çoxtərəfli hərbi əməkdaşlığın cari məsələləri və onun gələcək inkişafı mövzuları əsaslı müzakirə edilib. Əsas diqqət yaxın və orta müddətdə birgə hərbi fəaliyyətlərin həyata keçirilməsinə verilib.

Xüsusi diqqət Birgə Hava Hücumundan Müdafiə Sisteminin və müasir şəraitdə döyüş əməliyyatlarının aparılması təcrübəsi nəzərə alınmaqla bu sistemlər daxilində milli qoşunların (qüvvələrin) qarşılıqlı əlaqəsinin təkmilləşdirilməsinə yönəldilib. Bu sistemin mahiyyəti ondan ibarətdir ki, üzv ölkələr öz hava məkanlarının qorunmasını koordinasiya olunmuş şəkildə həyata keçirirlər. Hərbi əməkdaşlığın təkmilləşdirilməsi və Birlik dövlətlərinin silahlı qüvvələrinin döyüş qabiliyyətlərinin artırılmasına daha da diqqət yetirilməsi maraqları naminə Müdafiə Nazirləri Şurası 2027-ci il üçün birgə hərbi əməkdaşlıq fəaliyyətlərini təsdiqləyib.

MDB Baş katibi Sergey Lebedev iclasda çıxışı diqqəty çəkib. O, çıxışında bildirib ki, təhdidlərə qarşı mübarizə innovativ və adekvat cavablar tələb edir: “Hazırkı şəraitdə MDB üzvləri yeni çağırışlara adekvat cavab verməyə, müdafiə əməkdaşlığını fəal şəkildə gücləndirməyə və ölkələrimizin hərbi təhlükəsizliyinin təmin edilməsi maraqları naminə siyasətlərini tənzimləməyə məcburdurlar” deyə, bildirib.

Moskva iclası MDB məkanında təhlükəsizlik gündəliyinin daha da sərtləşdiyini açıq şəkildə göstərir. Qlobal və regional risklərin artdığı bir dövrdə üzv ölkələrin hərbi əməkdaşlığı genişləndirmək istəyi başadüşüləndir.

Picture background

Azərbaycanın bu platformada iştirakı isə praqmatik yanaşmanın nümunəsidir. Rəsmi Bakı müxtəlif hərbi-siyasi bloklarla məsafəni qorumağa çalışsa da, regionda təhlükəsizlik məsələlərində iştirakını davam etdirir və öz maraqlarını bu cür platformalarda təmin etməyə üstünlük verir. Qeyd edək ki, MDB-nin Birgə Hava Hücumundan Müdafiə Sistemində Rusiya ilə yanaşı Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistan iştirak edir. Azərbaycan MDB üzvü olsa da, öz hava məkanını müstəqil şəkildə qoruyur.Azərbaycan hərbi sahədə qərarlarını maksimum dərəcədə müstəqil şəkildə verməyə üstünlük verir. Kollektiv müdafiə sisteminə qoşulmaq isə müəyyən mənada vahid komanda və koordinasiyaya tabe olmaq deməkdir. Azərbaycanın hava hücumundan müdafiə sahəsində əsas tərəfdaşlarından biri Türkiyədir. NATO standartlarına yaxınlaşma fonunda MDB sistemi Bakı üçün prioritet sayılmır.Azərbaycanın bu sistemə qoşulmaması texniki yox, əsasən siyasi və strateji seçimdir. Bakı kollektiv müdafiədən çox, milli və çoxşaxəli təhlükəsizlik modelinə üstünlük verir.

Musavat.com