Rusiya Müdafiə Nazirliyi: “Krımdakı partlayış təxribatdır”backend

Rusiya Müdafiə Nazirliyi: “Krımdakı partlayış təxribatdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyi Krımın Rusiyaya ilhaq etdiyi Canköy yaşayış massivinin Mayskoye kəndi yaxınlığında yerləşən Rusiya hərbi hissəsinin müvəqqəti sursat anbarında baş verən partlayışın təfərrüatlarını paylaşıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, sursat anbarındakı partlayışın Ukraynanın hücumu nəticəsində baş verdiyini təsdiqləyən nazirlik vəziyyəti “təxribat” kimi qiymətləndirib.

“Avqustun 16-da səhər saatlarında Canköy qəsəbəsi yaxınlığındakı hərbi anbar təxribat nəticəsində zədələnib. Partlayış zamanı Hərbi anbar, elektrik xətləri, elektrik stansiyası, dəmir yolu xətti, yaşayış binaları və bəzi mülki infrastruktur sahələri də zərər görüb”,- açıqlamada bildirilib.

Açıqlamanın sonunda ciddi xəsarət alan olmadığı, partlayışın törətdiyi dağıntıların bərpası üçün işlərin davam etdiyi bildirilib.

//Safura Bənnayeva, Editor.az