Rusiya Müdafiə Nazirliyi Ukraynaya məxsus 16 pilotsuz uçuş aparatının məhv edildiyini deyirbackend

Rusiya Müdafiə Nazirliyi Ukraynaya məxsus 16 pilotsuz uçuş aparatının məhv edildiyini deyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 24-nə keçən gecə Rusiya hava hücumundan müdafiə sistemlərinin Ukraynaya məxsus 16 pilotsuz uçuş aparatını məhv edib.

Editor.az əbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildiriblər. Üç pilotsuz təyyarə Volqoqrad vilayəti, 13-ü isə Krım yarımadası üzərində məhv edilib. Qeyd olunur ki, bu gecə Moskva vaxtı ilə saat 3:00 radələrində Krım körpüsü avtomobillərin hərəkətinə bağlanıb. 18 dəqiqədən sonra körpüdə nəqliyyatın hərəkəti bərpa edilib.

Regional hakimiyyət orqanları hələ ki, Ukrayna pilotsuz təyyarələrinin məhv edilməsi ilə bağlı məlumatı şərh etməyib. Noyabrın 22-də Krım yarımadasında Ukraynaya məxsus üç pilotsuz təyyarə və Ukrayna Silahlı Qüvvələrinin dörd pilotsuz katerinə hücum cəhdləri dayandırılıb.

//Samir Qurbanov, Editor.az