Rusiya Müdafiə Nazirliyindən Şuşa-Xankəndi yolu AÇIQLAMASIbackend

Rusiya Müdafiə Nazirliyindən Şuşa-Xankəndi yolu AÇIQLAMASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlılarının komandanlığı Şuşa-Xankəndi yolu ilə nəqliyyatın maneəsiz hərəkətinin bərpası ilə bağlı Ermənistan və Azərbaycan tərəfləri ilə danışıqlar prosesini davam etdirilir.

Editor.az konkret.az-a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Avtomobil nəqliyyatının maneəsiz hərəkətinin bərpası ilə bağlı Ermənistan və Azərbaycan tərəfləri ilə danışıqlar prosesi davam edir”, – məlumatda deyilir.

Qeyd olunur ki, otuz müşahidə məntəqəsi gecə-gündüz vəziyyətə və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir. Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında heç bir pozuntu qeydə alınmayıb.