Rusiya Müdafiə Nazirliyindən Xocalı AÇIQLAMASIbackend

Rusiya Müdafiə Nazirliyindən Xocalı AÇIQLAMASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Minaəleyhinə Mərkəzinin hərbi qulluqçuları Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasında yerləşən ərazini minalardan təmizləməyə davam edirlər.

Editor.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya MN mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Uran-6” çoxfunksiyalı texniki kompleksin köməyi ilə Xocalıda yerləşən yaşayış məntəqəsinin 8 hektara yaxın ərazisi qısa müddətdə təmizlənib.

 

 

Ümumilikdə 38 hektardan çox ərazi, təxminən 12 kilometrlik yol, 100-dən çox ev və sosial obyekt minalardan təmizlənib, 1100-ə yaxın partlayıcı sursat aşkarnaraq zərərsizləşdirib.