Sankt-Peterburqda Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qərb Hərbi Dairəsi üzrə maliyyə idarəsinin rəisi Marina Yankinanın meyiti tapılıb.
“Editor.az xəbər verir ki, bu barədə “Fontanka” yazıb. Nəşrin məlumatına görə, o, əvvəllər Federal Vergi Xidmətində işləyib və Sankt-Peterburqda əmlak münasibətləri komitəsinin sədr müavini vəzifəsində çalışıb.
Lakin fevralın 15-də Zamşina küçəsindəki evin pəncərələrinin altından 58 yaşlı qadının meyiti tapılıb. “Mash” Telegram kanalı yazır ki, Yankinanın əşyaları və sənədləri 16-cı mərtəbənin ümumi eyvanında tapılıb. Keçmiş həyat yoldaşı bildirib ki, ona zəng edib, niyyəti barədə məlumat verib və polisə zəng etməsini istəyib. “Bizdə olan məlumata görə, əri, qadının balkonundan yıxıldığı evdə yaşayırmış. Səbəblər aydınlaşdırılmaqda davam edir. Son məlumatlara görə, qadının səhhətində problemlər də olub”, – məlumatda deyilir.
//Samir Qurbanov, Editor.az