Britaniya Rusiyanın hücumu zamanı NATO üzvü olub-olmamasından asılı olmayaraq, Finlandiyaya kömək edəcək.
Editor.az xəbər verir ki, bunu Helsinkiyə səfəri zamanı Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.
“Hər hansı böyük rəsmi razılaşmadan asılı olmayaraq, Finlandiya və ya İsveçə hücum edilsə, İngiltərənin onlara dəstək verməməsi qeyri-mümkündür. Biz dərin, uzun tarixləri olan eyni dəyərləri paylaşan Avropa ölkələriyik”, deyə nazir qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Finlandiyanın baş naziri Sanna Marin bildirmişdi ki, NATO-ya üzvlük müraciətində əsas məsələ ratifikasiya prosesinin mümkün qədər qısa olması olacaq.
NATO-nun baş katibi Yens Stoltenberq hesab edir ki, Finlandiya və İsveç Alyansa üzv olmaq üçün müraciət etsələr, blok dövlətləri hər iki ölkənin rəsmi üzvlüyünə qədər onların təhlükəsizliklərini təmin etmək üçün həll yolu tapa biləcəklər.
Xatırladaq ki, Finlandiya və İsveçin iyunun sonunda keçiriləcək NATO sammitini gözləməyəcəyi və may ayında Alyansa üzv olmaq üçün müraciət edəcəyi ehtimal olunur.
//Fərrux, Editor.az

