Rusiya müharibədə məğlub oldu – ABŞ-dan şok iddiabackend

Rusiya müharibədə məğlub oldu – ABŞ-dan şok iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Evin sözçüsü Cen Psaki gündəlik mətbuat konfransında Rusiya-Ukrayna müharibəsi ilə bağlı son gəlişmələri dəyərləndirib.

Psaki ABŞ-ın Ukraynaya hərbi dəstəyini bundan sonra da davam etdirəcəyini söyləyib.

“Əvvəldən verdiyimiz müdafiə dəstəyi ilə Ukraynanın danışıqlar masasında da əlini gücləndiririk”, – Ağ Evin sözçüsü deyib.

Psaki Rusiyanın müharibənin əvvəlində qısa müddətdə Ukraynanı nəzarət altına almağı planlaşdırdığını və bu məqsədinə çata bilmədiyini bildirib:

“Ruslar artıq öz nöqteyi-nəzərlərindən müharibəni çoxdan uduzublar. Ukraynanı ələ keçirə bilmədilər. Vladimir Putin Kiyevin küçələrində meydan oxuya, Ukraynanın ərazi bütövlüyü və suverenliyini poza, NATO-nu parçalaya bilməyəcək”.

Teleqraf.com