Rusiya Ukraynaya qarşı müharibədə öz məqsədlərinə nail ola bilmədiyi üçün uduzub və zəifləyib.
Editor.az bildirir ki, bu fikri Qərb rəsmiləri CNN-ə şərhlərində bildiriblər. Brifinqdə çıxış edənlər etiraf ediblər ki, Ukrayna qoşunlarının irəliləməsi tədrici olub və iki ay əvvəl Rusiyanın yaxşı hazırlanmış müdafiəsinə görə o qədər sürətli deyil.
Eyni zamanda, onlar əmindirlər ki, Moskva öz əsas məqsədinə – Ukraynanı özünə tabe etməyə nail ola bilmədiyi üçün ərazi uğrunda gedən döyüşlərdən asılı olmayaraq, artıq uduzub. “Bu, ərazi uğrunda çox uzun mübarizə ola bilər, lakin müharibə və Rusiyanın əldə etmək istədiyi şey baxımından o, artıq uduzub. Ölkə gücü getdikcə azalan trayektoriyaya doğru gedir”, – rəsmilərdən biri deyib.
“Rusiya NATO-nu gücləndirdi, onu Finlandiya və İsveç kimi ölkələrə genişləndirdi, Ukraynanı NATO-ya potensial olaraq Aİ-yə daxil olmaq yoluna çıxardı”, – deyə rəsmi əlavə edib. Digər həmsöhbət hesab edir ki, rus diktatoru ABŞ seçkilərində qalib gəlmək üçün Donald Trampa ümüd edir. “Bu, kifayət qədər uzun mərhələdir. Hələ çox uzun bir yol var. Bu arada, Ukraynada müharibə yaxşı getsəydi, Priqojinin üsyanı baş verməzdi”, – o deyib.
//Samir Qurbanov, Editor.az