Rusiya müsəlmanları Türkiyə və Suriyaya yardım kampaniyasına başlayıbbackend

Rusiya müsəlmanları Türkiyə və Suriyaya yardım kampaniyasına başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya müsəlmanları Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə yardım üçün vəsait toplamağa başlayıblar.

Editor.az bildirir ki, bu barədə Rusiya Müsəlmanları Ruhani İdarəsi məlumat yayıb.

Onlar rusiyalılar adından həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, həmçinin Rusiyanın “Zəkat” xeyriyyə fondunun zərərçəkənlərin xeyrinə vəsait toplamağa başladığını bildiriblər. Bundan əlavə, qurum xatırladıb ki, Müsəlmanların Ruhani İdarəsinin xeyriyyə layihələri çərçivəsində həyata keçirilən yardımlar təkcə müsəlmanlara deyil, digər dinlərin nümayəndələrinə də yönəlib.

  //Samir Qurbanov,Editor.az