Həbsdə olan Rusiya müxalifətinin lideri Aleksey Navalnı cəza çəkdiyi koloniyadan yoxa çıxıb və onun harada olduğu məlum deyil.
Editor.az bildirir ki, bu barədə BBC-də Aleksey Navalnının mətbuat katibi Kira Yarmış məlumat verib. Yarmış bildirib ki, Melexovodakı koloniyanın işçiləri onun artıq orada qeydiyyatda olmadığını deyiblər. Ağ Ev bu xəbərlərdən “dərin narahat olduğunu” bildirib. Navalnının köməkçiləri onun cəza müddəti uzadıldıqdan sonra daha sərt rejimli həbsxanaya köçürüləcəyini gözləyirdilər. Yoxa çıxmasının veriləcək seçki elanı ilə bağlı olduğu güman edilir.
Navalnının tərəfdaşları artıq altı gündür ondan xəbər almadıqlarını bildiriblər. O, adətən videobağlantı vasitəsilə iştirak etdiyi son məhkəmə iclaslarında da iştirak etməyib. Koloniya rəhbərliyi bunu koloniyadakı texniki problemlərlə izah edib. Həmin vaxt xanım Yarmış deyib ki, Moskvadan 235 km (145 mil) şərqdə yerləşən Melexovo və ərazidəki başqa bir koloniya yaxınlığında xəbər gözləyən vəkillərə onun orada qeydiyyatda olmadığı bildirilib.
Navalnının köməkçisi Leonid Volkov deyib ki, bu, “0% qəza və 100% birbaşa Kremldən siyasi nəzarətdir”: “Çünki Putinə bu “seçkilər”də əsas rəqibinin kim olacağı heç də sirr deyil”.
//Samir Qurbanov, Editor.az

