Rusiya müxalifətinin lideri Aleksey Navalnının yeri bilindibackend

Rusiya müxalifətinin lideri Aleksey Navalnının yeri bilindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hakimiyyəti müxalifətçi Aleksey Navalnını gizli şəkildə Rusiyanın ucqar şimalında, Arktika Dairəsinin üstündəki başqa həbsxanaya köçürüb.

Editor.az bildirir ki, bu barədə onun mətbuat katibi Kira Yarmış məlumat verib. Putin rejimi Navalnıya həbs cəzası verdikdən sonra o, Moskvadan cəmi 200 km şərqdə, Vladimir vilayətinin Melexovo kəndindəki 6 saylı islah koloniyasına “cəzasını” çəkmək üçün göndərilib.

Lakin dekabrın 11-də islah koloniyasının məsul şəxsləri vəkillərə Navalnının artıq onların yanında olmadığını, lakin onun hara köçürüldüyünü söyləməkdən imtina etdiyini bildiriblər.

Bundan bir qədər əvvəl onlar vəkilin müxalifətçi ilə görüşməsinə icazə verməyiblər və Navalnının özü artıq videobağlantı vasitəsilə məhkəmə iclaslarına qoşulmayıb.

//Samir Qurbanov, Editor.az