Rusiya NATO- dan çəkinib Ukraynaya qarşı geniş miqyaslı müharibə apara bilərmi?- AÇIQLAMAbackend

Rusiya NATO-dan çəkinib Ukraynaya qarşı geniş miqyaslı müharibə apara bilərmi?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya və NATO arasında Şərqi Avropada və Qara dənizdə siyasi-hərbi vəziyyət gərginləşir. NATO Polşada, Bribaltikada və Qara dənizdə hərbi birliklərini artırır. ABŞ başda olmaqla NATO-nun soyuq müharibədən sonra Şərqi Avropada və Qara dənizdə bu qədər hərbi birliklər yerləşdirməsi əsasən, Rusiyanın Belarus ərazisindən Polşaya və Ukraynaya qarşı aqresiyyasının qarşısını almaqla yanaşı, ümumilikdə Ukraynaya qarşı Kremlin hərbi təzyiqlərinin qarşısını almaqdır”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Siyasi analitik “Rusiya NATO- dan çəkinib Ukraynaya qarşı geniş miqyaslı müharibə apara bilərmi?” sualına cavab olaraq bildirib ki, qarşısında yeni bir güc görən Rusiya Ukrayna cəbhəsində çalışacaq ki, toqquşmalardan çəkinsin:

“ABŞ -ın Yunanıstan adalarına çıxardığı hərbi birliklər və Qara dənizdə hərbi qüvvələr sabah Ukrayna ərazində peyda ola bilər. Ona görə də 2014-cü ildən fərqli olaraq Rusiyanın qarşısında real güc dayanıb. Qeyd edim ki, NATO və ABŞ cəsarətləndirən Rusiya ətrafında yeni birliklər yığıb, Ukraynanı lokal əməliyyatlara sövq etməsində Qarabağ müharibəsi amili də xüsusi yer tutur. Çünki, ABŞ və Qərb 30 ildir ki, münaqişənin həllində Rusiya faktorunu qabardaraq prosesdən kənar dayandı. Türkiyə və Azərbaycan tandemi Rusiyanı Qarabağ məsələsində reallıqla barışdırdı. Bu da Qərbdə Ukraynaya real dəstək verilməsinə gətirib çıxarır”.

“Bir neçə aydır, Donbasda lokal hərbi əməliyyatlar keçirlir. Ukrayna ordusu separatçılara zərbələr vurur. Bir neçə yaşayış məskənini azad edib. Yaranan böhran fonunda Rusiya Türkiyə vasitəsi ilə danışıqlara hazır olduğunu qeyd edir. Türkiyənin vasitəçiliyi isə, Ukraynanın ərazi bütövlüyünün təmininə hesablanacaq. Türkiyənin burada nə qədər təsirli bir vasitəçi olması sual doğurur. Çünki, Ukrayna məsələsi geoplotik qarşıdurmadır və burada hərbi əməliyyatlar labüd görsənir. Ukraynanın isə, hərbi əməliyyatlara siyasi və hərbi gücü imkan verəcək. Təbii ki, ABŞ və NATO -da prosesdə yer ala bilər. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin həllində Kiyevin yanında yer aldığını daima bəyan edib”.

//Gülnarə Abasova, Editor.az