Rusiya-NATO gərginliyi: “Nüvə silahının yerləşdirilməsi məsələsi…”backend

Rusiya-NATO gərginliyi: “Nüvə silahının yerləşdirilməsi məsələsi…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“NATO-Rusiya gərginliyi artan xətt üzrə davam edir”.

Bu fikri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov son hadisələr fonunda NATO-Rusiya münasibətlərini, Finlandiyanın yeni prezidenti Aleksandr Stubbun ABŞ-a müraciət edərək, ərazisində nüvə silahı yerləşdirilməsini istəyini şərh edərkən deyib.

Onun sözlərinə görə, Finlandiyanın NATO-ya üzv olduqdan sonra hərbi təlimlər keçməsi gözlənilən olsa da, nüvə silahı yerləşdirilməsi məsələsi artıq gərginlik yaradan prosesdir:

“Rusiya Finlandiyanın NATO-ya üzvlüyünə nisbətən loyal yanaşmışdı. Bu prosesi izlədiyini bildirmişdi. Təbii ki, nüvə silahı yerləşdirməyi istəmək hələ bunun olacağı anlamına gəlmir. Görünən odur ki, NATO Finlandiya prezidentinin dili ilə Rusiyanın reaksiyasını yoxlayır. Rusiya sərhəddində nüvə silahı yerləşdirilməsi faktı bilavasitə yoxdur. Finlandiya ilk ola bilər. Rusiyanın buna reaksiyası eyni addımı atmaqla ola bilər. Hadisələr bundan o yana getməz. Rusiyanın onsuz da indi elə gücü yoxdur ki, Finlandiyanı hərbi müdaxilə ilə hədələsin, xüsusən də, NATO üzvü olduqdan sonra…”.

//Gülnarə Abasova, Editor.az