Rusiya: NATO ilə hərbi münaqişə riski artıbbackend

Rusiya: NATO ilə hərbi münaqişə riski artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Rusiya ilə NATO qüvvələri arasında münaqişə riskinin artdığını bəyan edib.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə o, “İzvestiya” qəzetinə açıqlamasında bildirib.

Ən bariz nümunə kimi Baltikyanı regiondakı vəziyyətə işarə edən rusiyalı diplomat NATO-nun birgə səyləri ilə Baltikyanı ölkələrin sakit torpaqlardan hərbi rəqabət zonasına qayıtdığını bildirib: “Baltik dənizində vəziyyəti normallaşdırmaq yolu var, lakin təkliflərin heç biri NATO tərəfindən dəstəklənmir, nəzərə alınmayıb”.

Finlandiyanın NATO-da iştirakı ilə alyansla Rusiya arasındakı sərhədin 1200 kilometr artdığını bildirən Qruşko bunun qarşıdurma riskini artırdığını da diqqətə çatdırıb.

//Gülnarə Abasova, Editor.az