Rusiya NATO ilə savaşa hazırlaşır – Danimarka kəşfiyyatıbackend

Rusiya NATO ilə savaşa hazırlaşır – Danimarka kəşfiyyatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər Şimali Atlantika Alyansı Rusiya ilə paralel olaraq yenidən silahlanmasa, o zaman Ukraynada müharibə başa çatdıqdan sonra altı ay ərzində Moskva yeni işğala hazır olacaq.

Editor.az xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Rusiyadan gələn təhlükə ilə bağlı yenilənmiş qiymətləndirməsində deyilir. Məxfi olmayan məlumatlara görə, hazırda NATO-ya hərbi hücum təhlükəsi yoxdur, lakin növbəti bir neçə il ərzində təhlükə artacaq.

Genişmiqyaslı müharibənin başlanğıcında Rusiya ordusunda əsaslı yenidənqurma və islahatlara başlanıb və 2024-cü ildə NATO ilə bərabər döyüşə bilmək üçün gücləndirilmiş silahlanma ilə məşğul olur. Çinin maliyyə və maddi dəstəyi, həmçinin Şimali Koreya və İrandan silah və qoşun təchizatı ona öz resurslarını azad etməyə kömək edir. Rusiya özünü Qərblə konfliktdə görür və NATO-ya qarşı müharibəyə hazırlaşır.

Bu o demək deyil ki, müharibəyə başlamaq qərarı verilib, amma Rusiya silahlanır və belə bir qərar qəbul etmək potensialını inkişaf etdirir, – Məlumatda deyilir.

//Samir Qurbanov, Editor.az