Rusiya – NATO müharibəsi təhlükəsi böyüyür – Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarovabackend

Rusiya – NATO müharibəsi təhlükəsi böyüyür – Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın aerodrom infrastrukturunun dağılmasını nəzərə alaraq, təhvil verilən F-16 qırıcılarının NATO ölkələrindən birinin ərazisində yerləşdirilməsi mümkündür.

Editor.az bildirir ki, bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, bu onu göstərir ki, Şimali Atlantika Alyansı Ukrayna münaqişəsinə “daha çox qatılır” və Rusiya ilə NATO arasında hərbi toqquşma riskləri artır.

“NATO-ya üzv dövlətlər Ukraynanı intensiv şəkildə silahlandırmaqda davam edirlər. Taktiki qırıcıların çatdırılması üçün növbəti sırada Ukrayna Silahlı Qüvvələri dayanır. Lakin Ukraynanın aerodrom infrastrukturunun əhəmiyyətli hissəsi məhv edilib, ola bilsin ki, bu amerikalı qırıcılar ölkədən kənarda – Polşada, Slovakiyada, Rumıniyada yerləşdirilsin. Beləliklə, Şimali Atlantika Alyansı Ukrayna münaqişəsinə daha çox qoşulur və əslində, anladığımız kimi, Ukraynanı xilas etmək şüarı altında ölkəmizə qarşı hibrid müharibə aparır”, – Mariya Zaxarova brifinq zamanı bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, Ukraynanın müttəfiqləri artıq Kiyevə təyyarələr ötürəcək və ukraynalı pilotlara təlim keçəcək dövlətlərdən ibarət ayrıca koalisiya yaradıblar. “Rusiya silahlı qüvvələri üçün Ukrayna Silahlı Qüvvələrinin tərəfində münaqişədə iştirak edən qırıcılar, haradan uçmasından asılı olmayaraq, qanuni hədəfi olacaqlar”, – Mariya Zaxarova vurğulayıb.

//Samir Qurbanov, Editor.az