“Rusiya NATO üzvlərinə hücum edə bilər” – Blinkenbackend

“Rusiya NATO üzvlərinə hücum edə bilər – Blinken

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Antoni Blinken qeyd edib ki, Rusiya Ukraynada döyüşləri dayandırılmalıdır.

Editor.az xəbər verir ki, o, öz fikirlərini CNN-ə müsahibəsində belə izah edib. Bildirib ki, Rusiya rəhbərliyi NATO-ya üzv ölkəyə hücum etmək və ABŞ-ı “daha ​​geniş münaqişəyə” sürükləmək qərarına gələ bilər.

Bundan əlavə, dövlət katibi Ukraynaya yardımın ayrılması ilə bağlı problemlərdən də danışıb: “Bu, Ukrayna üçün tamamilə həyati əhəmiyyət kəsb edir. Onlar ötən il ərzində əhəmiyyətli irəliləyiş əldə ediblər və 2022-ci ilin fevralından bəri ələ keçirilən ərazilərin 50%-dən çoxunu geri qaytararaq Rusiyanı geriyə çəkilməyə məcbur ediblər”.

Qeyd edək ki, dekabrın 6-da Ukrayna, İsrail və Tayvana yardım göstərilməsi ilə bağlı qanun layihəsi Senatda səsvermədən keçə bilməyib. Eyni zamanda, Ağ Ev ABŞ və Ukraynanın müdafiə sənayesi bazaları və birgə silah istehsalı arasında əməkdaşlığın gücləndirildiyini açıqlayıb.

//Gülnarə Abasova, Editor.az