Ukrayna dronlarının Rusiya neft emalı zavodlarına zərbələri ABŞ-ın neft sənayesinə əlverişli şərait yaradır.
Editor.az xəbər verir ki, Rusiyada istehsal gücünün azalması dünya miqyasında neft emalının rentabelliyini artırmaq potensialına malikdir.
Reuters-in kolumnisti Ron Busso yazır ki, daxili istehsal gücünün azalması Rusiyanı avqust ayında neft ixracını Qərb limanlarından gündə 200 min barrel, yəni 11% artırmağa məcbur edib. Eyni zamanda, Ukrayna zərbələri bəzi bölgələrdə benzin çatışmazlığına səbəb olub.
//Samir Qurbanov, Editor.az

