Ümumilikdə təxminən 5 milyon barel Sokol nefti daşıyan 6 rus tankerinin Hindistana buraxılmasına icazə verilməyib.
Editor.az bu barədə Bloomberg-ə istinadən xəbər verir. Tankerlər Sovcomflot-a məxsusdur. NS Century, keçən həftə Vadinar limanına yola düşən şirkətin digər iki tankerinə qoşularaq noyabrın 16-da Şri Lankanın cənubunda yanaşıb. “Krımsk”, “Nellis” və “Liteiny Prospekt” gəmiləri də təyin olunmuş marşruta çata bilməyib, hansı ki onlar Hindistanın şərq sahilindəki Paradip limanına getməli idilər. Tankerlər Uzaq Şərqdəki Saxalin adasının şərq sahillərindəki yataqlardan hasil edilən xam nefti daşıyır.
Qeyd edək ki, bu həftə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin Rusiyaya bağlı 4 şirkəti və bir neft tankerini sanksiya siyahısına əlavə etdiyi bildirilib. Məhdudiyyətlərə neft nəqli üzrə ixtisaslaşmış Honq-Konq şirkətləri Bellatrix Energy və Covart Energy, həmçinin Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş şirkətlər (gəmiçiliklə məşğul olan SUN Ship Management və əmtəə, neft-kimya və karbohidrogenlərlə məşğul olan Voliton DMCC) daxildir. ).
//Gülnarə Abasova, Editor.az

