Rusiya neftin qiymətinin tavanına üç cavab hazırlayıbbackend

Rusiya neftin qiymətinin tavanına üç cavab hazırlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hökuməti G7 ölkələri və Avropa İttifaqının (Aİ) Rusiya neftinin idxalına qiymət tavanı tətbiq etməsinə cavab mexanizmi üçün üç variant hazırlayıb. Hazırda bununla bağlı Prezident fərmanının layihəsi hökumətlə müzakirə edilir.

Editor.az xəbər verir ki, bu barədə Rusiyanın “Vedomosti” nəşri Nazirlər Kabinetinə yaxın mənbələrə istinadən yazıb.

Nəşrin iddiasına görə, birinci variant tavan məhdudiyyətini dəstəkləyən ölkələrə neftin satışına tam qadağa qoyulması, o cümlədən həmin ölkələrin xammalı Rusiyadan birbaşa deyil, vasitəçi ölkələr və ya hətta onların zəncirləri vasitəsilə alması ilə bağlıdır. Məsələn, neytral ölkə formal olaraq neft alarsa, lakin sonradan G7-nin üzvü olan ölkə onun son alıcısına çevrilərsə, satış bloklanacaq.

İkinci variant, alıcı ölkədən asılı olmayaraq, qiymət tavanı şərtini özündə əks etdirən müqavilələr üzrə ixracın qadağan edilməsini nəzərdə tutur.

Üçüncü variant olaraq, qondarma indikativ qiymətin tətbiqi nəzərdən keçirilir. Yəni Rusiyanın “Urals” nefti üçün “Brent “referans dərəcəsinə maksimum endirimin müəyyən edilməsidir. Bu vəziyyətdə endirim artarsa satış qadağan ediləcək.

Lakin nəşrin həmsöhbətinin fikrincə, bu alternativ ən az ehtimaldır.

Hələlik bu variantlardan heç biri təsdiqlənmədiyi üçün digər alternativlər də mümkündür.

Qəzetin mənbəsi əlavə edib ki, dekabrın 6-da bu məsələ prezidentlə, o cümlədən neft şirkətlərinin iştirakı ilə keçiriləcək görüşdə müzakirə edilməli idi.

//Samir Qurbanov, Editor.az