Rusiya neftinə qarşı embarqo qoyularsa, dünyanı hansı ÇƏTİNLİKLƏR gözləyir?- Qaranlıq məqamlara AYDINLIQ GƏTİRİLDİbackend

Rusiya neftinə qarşı embarqo qoyularsa, dünyanı hansı ÇƏTİNLİKLƏR gözləyir?- Qaranlıq məqamlara AYDINLIQ GƏTİRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qərb Rusiyaya qarşı sanksiyalarını davam etdirir. Artıq bu dəfə artıq sayca 6-cı sanksiyalar paketinin qəbul olunması nəzərdə tutulur. Sanksiyalar paketinin sayının çoxluğu və əhatəliyi əvvəla onu təsdiqləyir ki, Rusiy dünya iqtisadiyyatının mühüm bir parçasıdır və ondan aslılığı azaltmaq asan məsələ deyil”.

Bu sözləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar paketi davamlı xarakter daşıyır :

” Rusiya banklarının SWIFT sistemindən ayrılmasına diqqət etsək, banklar birdən-birə bu sistemdən kənarlaşdırılmadı. Çünki bu, Qərbin maliyyə sistemi üçün də fəsadlar yarada bilərdi. İndi isə 6-cı sanksiyalar paketində rusiyanın yeni banklarının da bu sistemdən ayrılması nəzərdə tutulur. Bu isə onu göstərir ki, qlobal dünya iqtisadiyyatının mühüm hissəsi olan Rusiyadan tamamilə qurtulmaq ciddi fəsadlara səbəb ola biləcəyi üçün proses mərhələli şəkildə həyata keçirilir. O cümlədən, Rusiyadan ixrac olunan neft, qaz və neft məhsullarından xilas olmaq da asan deyil. Artıq Rusiyanın Ukraynaya hücum etməsindən 2 aydan çox vaxt keçməsinə baxmayaraq Qərb hələ də Rusiya nefti və qazından aslılığı azaltmaq üçün baş sındırır. Rusiyadan ixrac olunan xam neft həcmi dünya neft bazarlarında tətbiqin formalaşmasında çox mühüm paya sahibdir. Birdən-birə bundan imtina etmək qətiyyən mümkün deyil. Bu həm dünya bazarında qiymətlərin dəhşətli dərəcədə partlaması ilə nəticələnə bilər, həm də ümumiyyətlə , rus neftinə alternativ mənbələr əldə etmək də qısa müddətin işi deyil. AB çox istəyər ki, elə bir həftənin içərisində rusiyadan ixrac olunan neft və qaz məhsullarına embarqo q6-cı sanksiyalar paketində də 6-8 ay ərzində Rusiya neft və neft məhsullarından imtina etmək planlaşdırılır. AB-nin hədəfi ondan ibarətdir ki, bacardığı qədər Rusiyadan enerji daşıyıcılarının alınmasını dayandırsın”.

İqtisadçı eksperti vurğulayıb ki, Rusiya neft və qazından aslılığa son qoymaq üçün 6-8 ay kifayət etməyəcək:

“Ən azı gələn ilin ortaları və ya sonuna qədər çəkəcək. Vaxt var idi Azərbaycanın təşəbbüskarı rolunda çıxış edən və özünün böyük maliyyə vəsaitləri hesabına çiyin verib yükünü daşıdığı Cənub Qaz Dəhlizi Avropa tərəfindən birmənalı qarşılanmırdı. Amma Rusiya-Ukrayna müharibəsindən sonra sonra Qərb ölkələri ard-arda neft, qaza görə Azərbaycanın qapısını döyür. Amma bizim də bu marşurutumuz müəyyən imkanlar daxilində Avropaya qaz çatdırmaq gücündədir. Bunu bu yaxında Dövlət başçımız da öz çıxışında qeyd etdi ki, biz Avropanı əlavə qaz həcmi ilə təmin etmək baxımından hazırıq. Ancaq bizim də imkanlarımız müəyyən çərçivədədir. Yəni, Azərbaycan Avropanı Rusiyadan aldığı qaz həcmi ilə təmin etmək gücündə deyil. Rusiyanın Avropanı qaz təminatında rolu hədsiz dərəcədə yüksəkdir. Bizim bu həcmi kompensasiya etmək imkanımız yoxdur. Perspektiv baxımdan AB rus enerji daşıyıcılarından qurtulmaq üçün çox ciddi istəyə malikdir və bu sahədə mövqeyi qətidir. Onlar Ukrayna müharibəsi dayansa da dayanmasa da bu hədəfə çatmaq niyyətindədirlər. Bu sanksiyalar paketi 6 ilə bitməyəcək, yenisi də olacaq. Rusiya dünya iqtisadiyyatının mühüm orqanı kimi kəsilib kənara atılacaq. Bu isə Rusiya üçün böyük fəlakətlərə gətirib çıxaracaq və digər ölkələrə də mənfi təsir göstərəcək. En qorxulusu isə odur ki, Rusiya bunun müqabilində yaxın ölkələrə, məsələn Azərbaycan kimi enerji ölkələrinə müttəfiqliyinə əsaslanıb tələblər irəli sürə bilər ki, Avropa ilə neft-qaz əməkdaşlığını azaltsın və ya dayandırsın. Əks təqdirdə isə müttəfiqlik münasibətlərinə yenidən baxılacaq. Bundan əlavə Qərbdən müəyyən təzyiqlərlə üzləşə bilərik ki, Rusiya ilə heç bir sahədə əsasən də enerji daşıyıcıları ilə bağlı əməkdaşlıq edilməsin. Rusiya ətrafındakı qonşu ölkələr həm rəsmi Kreml, həm də Qərb tərəfdən belə tələblərlə üz-üzə qala bilərlər. Bu cür bəyanatlar gözləniləndir. Belə təhlükə altında olacaq ölkələr isə çoxdur. Türkiyə NATO-nun üzvü olsa da mavi yanacaq baxımdan Rusiyadan aslıdır. Türkiyə özü Qərbin Rusiyaya qarşı sanksiyalarında iştirakçıya çevrilə bilərmi? Yəni, Rusiyanın tam təcrid olunması müəmmalıdır. Ötən gün Yaponiyadan da açıqlama gəldi ki, Rusiyaya qarşı enerji daşıyıcıları ilə bağlı sanksiyalarda birdən-birə iştirak edə bilməz. Bu, dünya iqtisadiyyatı üçün böyük fəlakət olar. Rusiya hökuməti rəsmilərinin də bu istiqamətdə verdiyi bəyanata görə, Avropa Rusiya ilə enerji daşıyıcıları sahəsində əməkdaşlığı dayandırarsa, onlar enerji daşıyıcılarını satmağa yer tapacaq. Bu mənada rəsmi Moskva özündən çox arxayındır. Birdən-birə dünya ölkələrinin hamısı AB-nin sanksiyalarına qoşulmayacalar”.

//Gülnarə Abasova, Editor.az