Rusiya neftinin qiyməti G7 tavanına məhəl qoymadan artdıbackend

Rusiya neftinin qiyməti G7 tavanına məhəl qoymadan artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya neftinin qiyməti G7 ölkələri və onların müttəfiqləri tərəfindən müəyyən edilmiş cari qiymət tavanına baxmayaraq Rusiyanın Ural neftinin qiyməti artmaqda davam edir və bir barel üçün 100 dollara yaxınlaşır.

Editor.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. “Argus Media” xəbər verir ki, Urals neftinin qiyməti Primorsk limanında 85,35 dollar/barelə, Novorossiyskdə isə 86 dollara çatıb.

Satışında Qərb şirkətlərinin xidmətlərindən istifadə edilən Rusiya neftinin tavan qiyməti bir barel üçün 60 dollardır. Sanksiyaların tətbiqindən sonra Rusiya nefti dünya qiymətləri ilə müqayisədə 30 dollardan çox endirimlə satılırdı. Bununla belə, son aylarda Rusiya və Səudiyyə Ərəbistanının hasilatın azaldılması səbəbindən Brent markalı neftin qiyməti 13 dollara düşüb.

Birləşmiş Ştatlar hesab edir ki, qiymət tavanı Rusiyanın gəlirlərini məhdudlaşdırmaqda davam edir, lakin artan neft qiymətləri qiymət məhdudiyyətlərinin effektivliyinin zəiflədiyini göstərir. Avropa sığortaçıları tavan həddinin aşılmasına baxmayaraq, Rusiya neftinə xidmət göstərməkdə davam edirlər.

//Gülnarə Abasova, Editor.az