Rusiya növbəti dəfə PUA-ların hədəfi olub.
Editor.az xarici mediaya istinadən bildirir ki, Pskov hava limanına edilən hücumda 4 nəqliyyat təyyarəsi zədələnib.
PUA-ların hava hücumundan müdafiə vasitələri ilə vurulduğu açıqlanıb. Pskov hava limanına edilən hücumdan sonra Moskvanın Vnukovo hava limanı və ətrafındakı hava məkanı bağlanıb.
Onu da qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi də Qara dənizdə Ukraynaya məxsus, ümumilikdə 50 desant qrupu olan 4 hərbi katerin məhv edildiyini açıqlayıb.
//Safura Bənnayeva, Editor.az