Rusiya nəsə planlaşdırır: Zelenski Putinin yeni planlarına eyham vurdubackend

Rusiya nəsə planlaşdırır: Zelenski Putinin yeni planlarına eyham vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsi cəbhələrində vəziyyət ağır olaraq qalır, bir sıra ərazilərdə aktiv döyüş əməliyyatları davam edir.

Editor.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Qərb mediasına müsahibəsində ölkənin şərqində, şimal-şərqində və cənubunda döyüşlərin davam etdiyini bildirib.

Dövlət başçısının sözlərinə görə, işğalçılar atom elektrik stansiyasının yerləşdiyi Zaporojye vilayətində “nəsə fikirləşiblər”. Lakin Zelenski, təfərrüatlara varmayıb, konkret olaraq nə baş verəcəyini deməyib.

Bundan əlavə, Zelenski Rusiyanın nüvə silahından istifadə ehtimalını qiymətləndirib. Zelenskinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı kütləvi qırğın silahlarından istifadə etməyəcək.

//Samir Qurbanov, Editor.az