Polşa prezidenti Anjey Duda hesab edir ki, Rusiya ilə müharibədə qalib gəlmək üçün Ukraynaya bütün lazımi köməklik göstərilməlidir.
Editor.az xəbər verir ki, o, bu barədə oktyabrın 26-da “The Sunday Times” qəzetinə müsahibəsində bildirib. Qəzet qeyd edir ki, Duda Kiyev və Varşava arasında “bütün siyasi mübahisələrə baxmayaraq” bu məsələdə israrlıdır. Siyasətçi hesab edir ki, Ukraynaya qələbəyə kömək etmək həm Ukrayna, həm də Avropanın özü üçün lazımdır.
Ölkənin digər Qərb müttəfiqlərindən bəziləri təcavüzkar ölkənin uğurlarını “əsəblə seyr edərkən” və “yarıaçıq” olaraq müharibəni dondurmaq barədə düşünərkən, Duda təkid edir ki, Rusiyaya ən kiçik güzəştlər “fəlakətli səhv” olardı, media vurğulayır.
Bundan əlavə, o, Ukraynanın bu qədər böyük üstünlüklə öz ərazilərini düşməndən geri ala biləcəyi ilə bağlı sualdan hiddətlənib. “Əgər siz Rusiyaya bu qədər səxavətlisinizsə, onda niyə ona öz torpağınızdan da ona bir parça verməyəsiniz? Nəyə görə hər hansı suveren ölkə Rusiyanı sevindirməlidir? Mən soruşa bilərəm ki, Rusiya nəyin əsasında başqa ölkənin ərazilərinə iddia edir?” – Duda deyib.
//Samir Qurbanov, Editor.az