Rusiya Norveçi hədələdibackend

Rusiya Norveçi hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Norveçin Norveç iqtisadi zonasına girişi qadağan edilmiş Rusiya gəmilərinə qoyulan məhdudiyyətləri aradan qaldırmazsa, cavab tədbirləri görməyə hazır olduğunu bildirib.

Moskva 8-12 dekabr tarixlərində keçiriləcək Rusiya-Norveç Balıqçılıq Komissiyasının iclasında sanksiyalar məsələsini qaldırmaq niyyətindədir. Vəziyyət Norveç sularında Rusiya gəmiləri, Rusiya sularındakı Norveç gəmilərindən daha çox olması ilə daha da mürəkkəbləşir.

Xatırladaq ki, iyul ayında Norveç Murmansk Seafood və Norebo şirkətlərinə qarşı sanksiyalar tətbiq edərək, onların öz sularında balıq tutmasını qadağan edib. Rusiya buna etiraz notası göndərərək cavab verib və iddia edib ki, bu cür hərəkətlər 1976-cı ildə qarşılıqlı balıqçılıq münasibətləri haqqında müqaviləni pozur.

//Samir Qurbanov, Editor.az