Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar aparmaq üçün İstanbula gəlib. Təyyarə Atatürk Hava Limanına eniş edib.
Görüş 2022-ci ildə olduğu kimi Dolmabağça sarayında Türkiyə prezidentinin ofisində baş tutacaq. Danışıqların Bakı vaxtı ilə saat 11:00-da başlayacağı və mətbuata bağlı qapılar arxasında keçiriləcəyi bildirilir.
Qeyd edək ki, Vladimir Putin ötən axşam prezidentin köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibini təsdiqləyib. Vladimir Zelenski bildirib ki, Ukrayna nümayəndə heyətinə özü rəhbərlik edəcək.
//Samir Qurbanov, Editor.az