Rusiya nümayəndə heyəti İstanbuldakı danışıqların nəticələri ilə bağlı bəyanat verdibackend

Rusiya nümayəndə heyəti İstanbuldakı danışıqların nəticələri ilə bağlı bəyanat verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya nümayəndə heyəti İstanbulda Ukrayna nümayəndə heyəti ilə keçirilən danışıqların nəticələri ilə bağlı mətbuata açıqlama verib.

Oxu.Az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Ukrayna tərəfi ilə danışıqların nəticəsindən məmnun olduğunu bildirib.

O, Ukrayna ilə 1000-ə 1000 nisbətində genişmiqyaslı əsir mübadiləsinin olacağını elan edib.

“Kiyev dövlət başçılarının görüşünü tələb edib, Rusiya bunu nəzərə alıb”, – deyə Medinski bildirib.

Onun sözlərinə görə, Moskva və Kiyev atəşkəsin dayandırılması ilə bağlı öz baxışlarını təqdim etmək barədə razılığa gəliblər:

“Rusiya və Ukrayna atəşkəsin qurulması ilə bağlı öz təkliflərini ətraflı şəkildə yazmaq barədə razılığa gəliblər. Atəşkəs planlarının mübadiləsindən sonra tərəflər danışıqları davam etdirəcəklər”.