Rusiya nüvə müharibəsinə hazırlaşır: mobil sığınacaqların kütləvi istehsalına başlanılıbbackend

Rusiya nüvə müharibəsinə hazırlaşır: mobil sığınacaqların kütləvi istehsalına başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada ilk dəfə olaraq müxtəlif təhlükələrdən, o cümlədən nüvə partlayışından müdafiəni təmin edən mobil sığınacaqların kütləvi istehsalına başlanılıb.

Editor.az bildirir ki,bu barədə Mülki Müdafiə və Fövqəladə Hallar üzrə Ümumrusiya Elmi-Tədqiqat İnstitutu məlumat yayıb. Strukturun tərtibatçısının press-relizinə əsasən, səyyar sığınacaqlar insanları müxtəlif təhlükələrdən, o cümlədən təbii fəlakətlərdən, nüvə partlayışından işıq radiasiyasından və ərazinin radioaktiv çirklənməsindən qorumaq üçün istifadə edilə bilər.

Mobil sığınacaq Nijni Novqorod vilayətində istehsal olunur. Standart konfiqurasiyaya iki modul daxildir: 54 nəfərlik otaq və texniki blok. Sığınacaq başqa yerə daşına və mövcud kommunal sistemlərə qoşula bilər.

Qeyd olunur ki, “Kub-M” istehsalı və quraşdırılması daimi sığınacaq tikməkdən iki dəfədən çox ucuz başa gəlir və onun istehsalı və quraşdırılması müddəti üç aydan çox deyil.

//Samir Qurbanov, Editor.az