Rusiya nüvə silahlarının təliminə başlayıb- Müharibədə kuliminasiya nöqtəsi- ŞƏRHbackend

Rusiya nüvə silahlarının təliminə başlayıb- Müharibədə kuliminasiya nöqtəsi- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda çox təhlükəli bir dövrün içindəyik. Çünki meydanda Rusiya ilə Ukrayna arasında güclü qarşıdurma gedir. Əslində güc amili ortadadır və tərəflər çalışırlar ki, maksimum bir-birinə zərbə vuraraq üstünlük əldə etsinlər. Nüvə silahına gəldiksə isə müxtəlif mənbələrdən bu məsələ istismar edilir. Prosesde münaqişə tərəflərindən çox üçüncü tərəflərin cəfaşanlığı ciddi narahatlıq doğurur”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloqun sözlərinə görə, Qərb tərəfi birmənalı olaraq bildirir ki, Rusiyanın niyyəti nüvə silahından istifadə etməkdir və ona görə də Ukraynaya qarşı qabaqcadan ittihamlar irəli sürür:

” Digər tərəfdən Rusiya bildirir ki, bizdə təsdiqini tapmış məlumatlar var ki, Ukraynanı bu prosesə təhrik edən qüvvələr var. Belə çox çətin bir məqamda Rusiya-Ukrayna müharibəsində sürətlə proseslər kuliminasiyaya doğru gedir. 8 il İran-İraq münaqişəsində də tərəflərin heç birinin nüvə silahı olmasa da müharibə çox amansız idi. O müharibənin uzanmasına səbəblərdən biri döyüşlər şiddətləndikcə tərəflərin hədəfləri tam bəlli deyildi. Ona görə də müharibə uzandı. Çox şiddətli və dəhşətli müharibə idi. Buna baxmayaraq dünya birliyi də o dövrdə layqeydlik edirdi. Ancaq bəzi qüvvələrin ürəyincə idi ki, iki müsəlman dövləti bir-birini əzsin və öz potensialını xərcləsin. İndi isə biz slavyan dünyasında bu epizodun şahidi oluruq. Bu isə üçüncü tərəfə, qərbə sərf edir. Odur ki, kuliminasiya nöqtəsində nüvə silahları işə düşə bilər. Rusiyanın 1332 nüvə başlığı var. Bu statistika özü Qərbi ciddi  narahat edir və qorxudur. Hesab edirəm ki, Qərb Rusiyanın nüvə silahından istifadə etməsini çox istəyir. Belə olduqda Rusiyaya dünyadan tamamilə təcrid olunacaq. Rusiyanın kifayət qədər gücü olsa da proseslərdə kuliminasiya nöqtəsi bir çox məsələni həll edəcək”.

//Gülnarə Abasova, Editor.az